DSMF-nin yanvar-iyul ayları üzrə gəlir və xərcləri açıqlanıb

Bakı, 8 avqust, ARHD.AZ




DSMF-nin yanvar-iyul ayları üzrə gəlir və xərcləri açıqlanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 289 milyon manat çox olmaqla 4 milyard 665 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 281 milyon manat artaraq 3 milyard 712 milyon manat olub.

Yanvar-iyul aylarında DSMF-nin xərcləri 4 milyard 380 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 375 milyon manat çoxdur.

Baxış sayı: 6 659

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə