İranda vətəndaşları olan 50-dən çox ölkə təxliyə üçün Azərbaycana müraciət edib.


“ARHD.AZ” “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə Bakıda keçirdiyi brifinqdə deyib.


Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi eskalasiya fərqli risk faktorları yaradır: “Azərbaycan Xarici İşlər Nazirliyinin bütün struktur bölmələri məsələ ilə bağlı ilk günlərdən gücləndirilmiş iş rejiminə keçib. Hətta ilk fürsətdən oradakı vətəndaşların təxliyəsi həyata keçirilir”.


C.Bayramov qeyd edib ki, beş ölkə üzrə təxminən 1000-ə yaxın müraciət daxil olub: “Səudiyyə Ərəbistanı və Ciddə istiqamətində martın 4-ü AZAL təyyarəsi vasitəsilə xüsusi evakuasiya reysi təşkil edildi və 209 nəfər təxliyə edilib, 193 nəfəri Azərbaycan vətəndaşı olub. Qətərdə qalan insanlarımız da var idi, buna görə Ciddədən növbəti evakusiya reysi planlaşdırırıq. Bu ayın 7-si olacaq. Vəziyyət nəzarət altındadır, daim ünsiyyətdəyik. Həmçinin bilirsiniz ki, İran ərazisində də vətəndaşlarımız var idi. Eləcə də İranda vətəndaşları olan 50-dən çox ölkədən 2500-dən çox bizə müraciət olunub, bu müraciətlər NK-ya təqdim edilir. Və bu proseslər cəmi bir neçə saata həyata keçirilir”.

Baxış sayı: 3 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə