Ötən ay DSMF-nin xərcləri 66 milyon manat artaraq 574 milyon manat təşkil edib

Bakı, 14 fevral, ARHD.AZ


Ötən ay DSMF-nin xərcləri 66 milyon manat artaraq 574 milyon manat təşkil edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar ayında proqnozla müqayisədə 8 faiz və ya 44 milyon manat çox olmaqla 579 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 11 faiz və ya 44 milyon manat artaraq 443 milyon manat olub.

Ötən ay DSMF-nin xərcləri 574 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 66 milyon manat çoxdur.

Baxış sayı: 4 362

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə