İranın Azərbaycanda terror planlarının ifşa olunması bir daha göstərdi ki, ölkəmizin təhlükəsizlik orqanları daim ayıq-sayıq və prinsipial fəaliyyət göstərir. Dövlətimizin təhlükəsizliyinə yönələn hər hansı təhdid operativ şəkildə müəyyən edilərək qarşısı qətiyyətlə alınır.

Modern.az-ın xəbərinə görə, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda planlaşdırılan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılması cəhdləri ifşa edilib.

Məlumata əsasən, cəmiyyət arasında vahimə yaratmaq və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə bir sıra strateji və həssas obyektlər hədəf seçilib. Terror planlarında Bakı-Ceyhan Neft Boru Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu kimi məkanlara qarşı təxribatların törədilməsi nəzərdə tutulub. Bu məqsədlə ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib.

Lakin Dövlət Təhlükəsizlik Xidmətinin operativ və peşəkar fəaliyyəti nəticəsində həmin partlayıcı qurğular vaxtında aşkar edilərək zərərsizləşdirilib və onların digər şəxslərə ötürülməsinin qarşısı alınıb. Beləliklə, mümkün terror hadisələrinin və ağır nəticələrin baş verməsi önlənib.

Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələlərində son dərəcə prinsipialdır və ölkəmizə qarşı yönələn hər hansı təhdidə qarşı qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti yüksək peşəkarlıq, operativlik və məsuliyyətlə fəaliyyət göstərərək dövlətçiliyimizin qorunmasında mühüm rol oynayır. Onların həyata keçirdiyi tədbirlər sayəsində vətəndaşların təhlükəsizliyi təmin olunur, ölkəmizin sabitliyi və inkişafı qorunur.

Bu cür uğurlu əməliyyatlar göstərir ki, Azərbaycan xüsusi xidmət orqanları güclü peşəkar potensiala malikdir və dövlətimizin təhlükəsizliyinin təmin olunması istiqamətində yüksək səviyyədə fəaliyyət göstərir.

 
 


Baxış sayı: 7 571

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə