Bu ilin dörd ayında DSMF-nin xərcləri 2 milyard 501 milyon manat təşkil edib

Bakı, 17 may, ARHD.AZ



Bu ilin dörd ayında DSMF-nin xərcləri 2 milyard 501 milyon manat təşkil edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 milyon manat) çox olmaqla, 2 milyard 715 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 9 faiz (168 milyon manat) artaraq, 2 milyard 39 milyon manat olub.

Bu ilin dörd ayında DSMF-nin xərcləri isə 2 milyard 501 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (231 milyon manat) çoxdur.

Baxış sayı: 6 455

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə