“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının 8.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 6 (II kitab), maddə 724) ilə təsdiq edilmiş “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Atmosfer havasına zərərli maddələrin atılmasına və tullantıların ətraf mühitdə yerləşdirilməsinə görə ödəniş normativlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, su obyektlərinə zərərli maddələrin axıdılmasına görə ödəniş normativlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tətbiq edir. ;

1.2. 5-ci hissə aşağıdakı redaksiyada verilsin;

“5. Təbiətdən istifadəçilər üçün müvafiq müddətə çirkləndirici maddələrin ətraf mühitə atılmasının və tullantılarının yerləşdirilməsinin yol verilən həcmləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, su obyektlərinə çirkləndirici maddələrin axıdılmasının yol verilən həcmləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən qoyulan limitlərlə müəyyənləşdirilir.”;

1.3. 17-ci hissənin dördüncü abzasında “Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəməyə müraciət edir” sözləri “bu Qaydaların 4-cü hissəsinə müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məhkəməyə müraciət edirlər” sözləri ilə əvəz edilsin.


2. “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 9, maddə 1106) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərara 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları”nda “Azərbaycan Respublikasının Su Təsərrüfatı Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabineti fövqəladə komissiyasının tərkibi”ndə “S.H.Hacıyev - Azərbaycan Respublikası meliorasiya və su təsərrüfatı naziri” sözləri “Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri” sözləri ilə əvəz edilsin.


3. “Dövlət su kadastrının aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 5 dekabr tarixli 261 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissənin birinci abzasında “ Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (yerüstü və yeraltı sular bölmələri üzrə) və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (sulardan istifadə bölməsi üzrə)” sözləri “Nazirliyinin iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə” sözləri ilə əvəz edilsin;

3.2. 2-ci hissədə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

3.3. 3-cü hissədə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (sulardan istifadə bölməsi üzrə)” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

3.4. 4-cü hissədə “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə,” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə” sözləri ilə əvəz edilsin.


4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 195 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 602; (Cild I) ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3-cü hissənin birinci abzasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (yerüstü su obyektləri üzrə) həyata keçirirlər” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir” sözləri ilə əvəz edilsin və həmin hissənin ikinci abzası çıxarılsın;

4.2. 6-cı hissədə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 627 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərar iləa təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları” üzrə:

5.1.1. 3-cü hissədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin, “Fövqəladə Hallar Nazirliyi” sözləri çıxarılsın;

5.1.2. 4-cü hissədə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ” sözləri ilə əvəz edilsin, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri çıxarılsın;

5.1.3. 6-cı, 7-ci, 8-ci, 9-cu hissələrdə “Fövqəladə Hallar Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin, “, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri çıxarılsın;

5.2. həmin Qərar iləa təsdiq edilmiş “Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları” üzrə:

5.2.1. 3-cü hissədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin, “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri çıxarılsın;

5.2.2. 6-cı hissədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin, “,Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri çıxarılsın;

5.2.3. 8-ci hissədə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

5.2.4. 10-cu hissədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” və “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

5.3. həmin Qərar ilə təsdiq edilmiş “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları” üzrə:

5.3.1. 7-ci hissədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

5.3.2. 11-ci hissədə “müvafiq olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatları əsasında” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təqdimatı əsasında” sözləri ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.3.3. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:

“8. Yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi, hövzə və ərazi sxemləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlanır.”;

5.3.4. 10-cu hissənin ikinci abzasında “müvafiq olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

5.3.5. 12-ci hissə aşağıdakı redaksiyada verilsin:

“12. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi hövzə sxemləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq olunur.”;

5.3.6. 13-cü hissə aşağıdakı redaksiyada verilsin:

“13. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi ərazi sxemləri yerüstü və yeraltı su ehtiyatları üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq olunur;”;

5.4. həmin Qərar iləa təsdiq edilmiş “Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası”nın 11-ci bəndinin üçüncü abzasında və 15-ci bəndində ismin müvafiq hallarında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 637 (Cild I); 2024, № 1, maddə 79) ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”nin 4.8.4-cü yarımbəndində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.


7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 556 (Cild I); 2024, № 2, maddə 208) ilə təsdiq edilmiş “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4-cü hissədə ““,Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (yerüstü su obyektləri üzrə)“” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin” sözləri ilə əvəz edilsin, “və Fövqəladə Hallar Nazirliyinin” sözlər çıxarılsın;

7.2. 15-ci hissədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin və həmin hissədən “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri çıxarılsın.


8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli 7 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 77 (Cild I) ilə təsdiq edilmiş “Suların dövlət uçotunun Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Suların dövlət uçotu Azərbaycan Respublikasında vahid sistem üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aparılır.”;

8.2. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müəyyən edilir.”;

8.3. 8-ci hissə ləğv edilsin;

8.4. 9-cu hissə aşağıdakı redaksiyada verilsin:

“9. Suların dövlət uçotu sahəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi:

Yerüstü və yeraltı suların, onların istismar ehtiyatlarını nəzərə almaqla dövlət uçotunu aparır, həmin suların rejiminə və keyfiyyətinə müşahidəni təmin edir.

Yerüstü və yeraltı suların dövlət uçotu, onların rejimi və keyfiyyəti monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatlarının yeraltı suların kəşfiyyatı, onların rejiminin öyrənilməsi və balansı haqqında materialları əsasında, digər təşkilatların apardığı hidrogeoloji işlər nəticəsində alınmış məlumatlar istifadə olunmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq edilmiş forma və müddətlərdə həyata keçirilir;

aidiyyəti müəssisə, təşkilat və idarələri suların dövlət uçotu materialları əsasında yeraltı su obyektləri və onların hidrogeoloji rejimləri haqqında məlumatlarla, habelə müəssisə, qurğu və digər obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı üçün tələb olunan hidrogeoloji proqnozlarla təmin edir;

yerüstü və yeraltı suların çirklənmə səviyyəsi üzərində müşahidə və nəzarəti təşkil edir, aidiyyəti müəssisə, təşkilat və idarələri yeraltı suların çirklənmə səviyyəsi, habelə təsərrüfat fəaliyyəti və hidrometeoroloji şəraitin təsiri nəticəsində yeraltı suların çirklənmə dərəcəsində ola biləcək dəyişikliklər barədə məlumatlarla müntəzəm olaraq təmin edir;

su obyektlərinin istifadəçiləri və su istehlakçıları tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunun düzgün aparılmasına və bu məqsədlə istifadə olunan avadanlıq və cihazların vəziyyətinə nəzarəti təmin edir;

su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunu aparmaq məqsədilə (yerüstü və yeraltı sular bölmələri üzrə) müvafiq formalar təsdiq edir və onları bütün su istifadəçilərinə çatdırır;

su obyektlərinin istifadəçiləri və su istehlakçılarının hesabatları əsasında respublika üzrə sudan istifadə edilməsinin uçotunu aparır;

su obyektlәrinin istifadəçilərinin və su istehlakçılarının qeydiyyatını aparır.”;

8.5. 10-cu hissədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.”;

8.6. 11-ci hissə ləğv edilsin;

8.7. 12-ci hissə aşağıdakı redaksiyada verilsin:

“12. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün sudan istifadə edənlər:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən hazırlanmış forma və müddətlərdə su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunu aparırlar;

bütün sugötürücü və suatıcı qurucularda götürülən və atılan suların həcmini ölçmək üçün ölçü cihazları (su sərfini və səviyyəsini ölçənlər, başqa hidrometrik avadanlıq) və tullantı sularının keyfiyyətini ölçən cihazlar quraşdırırlar;

Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş formalar və onların doldurulma qaydaları əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə suların istifadəsinə dair statistik hesabat təqdim edirlər;

su obyektlərindən götürülən və onlara axıdılan suların müəyyən olunmuş rejiminin pozulması və qəza nəticəsində zərərli maddələrin su mənbələrinə axıdılması hallarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təcili xəbər verirlər.”.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 244 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 dekabr tarixli 546 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:

9.1. 5-ci bənddə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin, “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri çıxarılsın;

9.2. 6-cı bənddə “Nazirliyi” sözü “Nazirliyinin iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

9.3. 18-ci bənddə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

9.4. 19-cu bənddən “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri çıxarılsın, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

9.5. 20-ci bənddə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 358 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 6-cı, 7-ci, 9-cu,10-cu və 11-ci bəndlərdə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin, ismin müvafiq hallarında “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri çıxarılsın;

10.2. 14-cü bəndə “yalnız” sözündən sonra “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və” sözləri əlavə edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 867 (Cild I) ilə təsdiq edilmiş “Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 4-cü, 6-cı, 9-cu hissələrdə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

11.2. 12-ci hissədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.


12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 11 avqust tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 458 (Cild I) ilə təsdiq edilmiş "“Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması"”nın 4.7-ci bəndində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin” sözləri ilə əvəz edilsin.

13. “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 464 (Cıild I) aşağıdakı dəyişikliklər edilsin:

13.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın 3.1.1.10-cu bəndində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və onun tabeliyində olan qurumların” sözləri ilə əvəz edilsin;

13.2. həmin Qərarla təsdiq edilmiş “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 9-cu,11-ci,12-ci, 18-ci və 20-ci hissələrində ismin müvafiq hallarında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin ;

13.3. həmin Qərarla təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”üzrə:

13.3.1. 5-ci hissədə “ Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin ;

13.3.2. 11-ci hissədə “Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

13.3.3. 12-ci və 13-cü hissələrdə “cəmiyyət” sözü “agentlik” sözü ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 99 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 590 (Cild I) ilə təsdiq edilmiş “Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

14.1. 6-cı, 11-ci və 16-cı bəndlərdə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

14.2. 9-cü bənddə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.

15. “Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması Qaydası”nın, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişin forması”nın və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişə uyğun olaraq bağlanılan illik müqavilənin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyul tarixli 138 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,2005,№ 7, maddə 671 (Cild I) adında (hər iki halda),1-ci bənddə (hər iki halda) və 2-ci bənddə ismin müvafiq hallarında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;

15.1. həmin Qərarla təsdiq edilmiş “Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması Qaydası”nın 2-ci, 3-cü, 3.6-cı, 3.8-ci, 4-cü, 5-ci, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci və 12-ci bəndlərində ismin müvafiq hallarında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;

15.2. həmin qQərarla təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişin forması”nın adında, bütün mətnində və saziş formasına əlavənin adında ismin müvafiq hallarında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti"” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;

15.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişə uyğun olaraq bağlanılan illik müqavilənin forması”nın adında və mətnində ismin müvafiq hallarında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti"” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.

16. “Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması Qaydaları”nın və “Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 may tarixli 112 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 435 (Cild I); 2024, № 9, maddələr 1090, 1106) aşağıdakı dəyişikliklər edilsin:

16.1. həmin Qərarla təsdiq edilmiş “Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması Qaydaları” üzrə:

16.1.1. 3.1-ci bənddə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət)” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin;

16.1.2. 3.1.1-ci, 3.1.2-ci, 3.1.3-cü yarımbəndlərdə ismin müvafiq hallarında “Cəmiyyət” sözü “Agentlik” sözü ilə əvəz edilsin;

16.2. həmin qQərarla təsdiq edilmiş “Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması Qaydaları”nın 1.13-cü bəndində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249 (Cild I); 2024, № 2, maddələr 225, 229) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısı”nın 4-cü bəndi hissə ləğv edilsin.


18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 202 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 973 (Cıild I) ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın 2.1.2-ci yarımbəndində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 976 (Cild I) ilə təsdiq edilmiş “Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”nın 2.7-ci , 2.10-cu və 2.12-ci bəndlərində ismin müvafiq hallarında ”” Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 may tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 989 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

20.1. 2.1.2-ci yarımbənddə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

20.2. 2.4-cü, 2.5-ci, 2.6-cı bəndlərdə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 oktyabr tarixli 462 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2176 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 9-cu və 11-ci bəndləri ləğv edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 208 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 943 (Cild I); 2024, № 3, maddə 336) ilə təsdiq edilmiş “Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası”nın 2.1-ci bəndində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 noyabr tarixli 416 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1353 (Cild I); 2024, № 3, maddə 294, № 4, maddə 455) ilə təsdiq edilmiş “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.1.20. Nazirliyin razılığı ilə aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə yeraltı su obyektlərinin monitorinqinin, habelə yeraltı suların istismar ehtiyatlarını müəyyən etməklə dövlət uçotunun aparılmasında iştirak etmək;”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 1 ” “ aprel ” 2025-ci il

№ 95

Baxış sayı: 5 434

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə