Türkiyədə Milli Müdafiə Nazirliyi (MMN) istisna olmaqla, bütün nazirliklərə Prezident Administrasiyası yanında Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi ilə bağlı təyinatlar olub. 


“ARHD.AZ” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı bu gün “Resmi Gazete”də dərc olunub.


İdarənin əsas vəzifələrinə təbii fəlakətlər və fövqəladə hallar, habelə mülki müdafiə, səfərbərlik və hərbi vəziyyətə hazırlıqla bağlı tədbirlərin idarə olunması və koordinasiya edilməsi daxildir.


Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi Prezident Administrasiyasını, eləcə də təbii fəlakətlər və fövqəladə hallar üzrə idarəetmə mərkəzlərini müvafiq məlumatlarla təmin edəcək, həmçinin nazirlərin tapşırıqlarını yerinə yetirəcək.


Milli Müdafiə Nazirliyi bu siyasətin əsas icraçısı olduğu, müharibəyə və müdafiəyə hər zaman hazırlıq apardığı üçün bu İdarəyə daxil edilməyib. 


Qeyd edək ki, Prezident Administrasiyası yanında Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi 2025-ci ilin oktyabr ayında Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə yaradılıb. Təyinatlar isə bu gün həyata keçirilib.

 

Baxış sayı: 3 740

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə