Albaniya Prezidenti Bayram Beqay martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.


“ARHD.AZ” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Naxçıvana hücumunu qınadığını bildirib.


Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.


Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrimizin inkişafına verdiyi töhfəyə toxunulub.


Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Baxış sayı: 3 822

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə