Xankəndi, 10 iyul, ARHD.AZ



Dünya səyyahları Xankəndi şəhərinə səfər ediblər 


Dünyanın 30 ölkəsindən Qarabağa səfər edən səyyahlar iyulun 10-da Füzuli və Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, səyyahlar Xankəndi şəhərinin mərkəzi meydanında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Xankəndi azad edildikdən sonra görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi siması özünə qayıdır və bu gün Xankəndi Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilir.

Şuşa şəhərində olduğu kimi, Xankəndi şəhər poçtundan da İrlandiya və Kanadaya məktub göndərilib.

Baxış sayı: 6 459

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə