Bakı, 25 iyun, ARHD.AZ




Cəbrayıl, Zəngilan və Laçında keçirilən əmək yarmarkalarında 60 vakansiya təqdim olunub


Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, agentlik tərəfindən Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirilib.

Yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub.

Tədbirdə iştirak edən sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Baxış sayı: 4 426

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə