Bakı, 23 aprel, ARHD.AZ



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə ali məktəbdə əmək yarmarkası keçirilib.

ARHD.AZ xəbər verir ki, yarmarkada Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, universitetin rektoru Vilayət Vəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, müxtəlif sektordan olan işəgötürənlər və digər qonaqlar iştirak ediblər.

İşsiz və işaxtaran şəxslərin mövcud vakansiyalara əlçatanlığının təmin edilməsi, işəgötürənlərin qısa zamanda ixtisaslı kadrlara olan ehtiyaclarının ödənilməsi baxımından əmək yarmarklarının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, xüsusilə universitetlərdə bu cür tədbirlərin keçirilməsi gənclərin əmək bazarına daxil edilməsində mühüm əhəmiyyətə malikdir.

Tədbirdə, həmçinin “Məzunların məşğulluq reytinqi” platforması barədə məlumat da verilib.

Sonra qonaqlar təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, işçi seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.

Aktiv məşğulluq tədbirində 90 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 822 vakansiya təqdim edilib. İşsiz və işaxtaran şəxslərə vakansiyalar və iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin tədbirə qatılan şəxslər Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq şansı əldə ediblər.

 

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə