Xankəndidə keçirilən əmək yarmarkasında Xocalı üzrə vakansiyalar təqdim olunub

Bakı, 4 iyun, ARHD.AZ



Xankəndidə keçirilən əmək yarmarkasında Xocalı üzrə vakansiyalar təqdim olunub


Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluq tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, Xankəndidə keçirilən növbəti əmək yarmarkasında Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerlərinə dair vakansiyalar təqdim olunub.

Yarmarkada iştirak edən sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib. Həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Baxış sayı: 4 433

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə