Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

Tbilisi, 17 iyun, ARHD.AZ




Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər


Türkiyəyə rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

ARHD.AZ xəbər verir ki, görüşdə Gürcüstan ilə Türkiyə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın siyasi və iqtisadi sahələrdə əldə etdiyi əhəmiyyətli uğurlar diqqət mərkəzində olub. Tərəflər yüksəksəviyyəli qarşılıqlı səfərlərin artan dinamikasına diqqət çəkiblər.

Gürcüstan tərəfi Türkiyənin ölkənin ərazi bütövlüyü və işğalların tanınmaması siyasətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tərəflər parlamentlər arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib və əlaqələrin daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər. Parlamentlərarası dostluq qruplarının bu sahədə xüsusi rolu qeyd olunub.

Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə parlamentləri arasında üçtərəfli əməkdaşlıq formatlarının əhəmiyyəti vurğulanıb və yaxın vaxtlarda parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi planlaşdırıldığı bildirilib.

Regional və beynəlxalq proseslərə də toxunulub.

Baxış sayı: 6 522

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə