Numan Kurtulmuş: Üçtərəfli əməkdaşlığın yenidən canlandırılması mühüm əhəmiyyət kəsb edir

Tbilisi, 17 iyun, ARHD.AZ




Numan Kurtulmuş: Üçtərəfli əməkdaşlığın yenidən canlandırılması mühüm əhəmiyyət kəsb edir


Türkiyə, Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın üçtərəfli formatda yenidən canlandırılması mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu əməkdaşlıq bərpa olunmalıdır.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş gürcü həmkarı Şalva Papuaşvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib: “Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlığın üçtərəfli mexanizmini bərpa etmək istəyirik. Ümid edirik ki, bu il belə formatda görüş baş tutacaq. Gələcəkdə regionun digər ölkələrinin də bu əməkdaşlığa qoşulması mümkündür”.

Numan Kurtulmuş qeyd edib ki, Gürcüstan və Türkiyə arasında münasibətlər bütün sahələrdə inkişaf edir və bu əlaqələrin dərinləşməsində parlament diplomatiyası mühüm rol oynayır. O, həmçinin parlamentlərarası dostluq qruplarını işlərini daha da aktivləşdirməyə çağırıb.

Türkiyə parlament sədri, eyni zamanda, Gürcüstan Prezidentinin iyul ayında Türkiyəyə rəsmi səfər edəcəyinə ümidvar olduğunu bildirərək deyib: “Bu səfər ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”.

Baxış sayı: 5 632

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə