Şuşa, 24 aprel, ARHD.AZ



“NomadMania” səyyah klubunun təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Füzulidən sonra Şuşa şəhərinə gəliblər.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, dünyanın 30 ölkəsindən olan səyyahlar Şuşanın əsrarəngiz təbiəti, tarixi məkanları və burada aparılan quruculuq işləri ilə tanış olacaqlar.

Dünyanın 30 ölkəsini təmsil edən nüfuzlu beynəlxalq səyahətçilərin qrup rəhbəri dünyaşöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir. Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, “Club-100” (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

Baxış sayı: 4 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə