![](/uploads/posts/2025-01/ferbbrbb4.jpg)
Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti
Dövlətimizin münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməsi xalqımızın sülh tərəfdarı olmasının əyani göstəricisidir.
Ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasəti 200 ildən çoxdur ki,davam edir. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər törədilmiş erməni təxribatlarının sayı-hesabı yoxdur. Bu tayfanın mənsubları torpaqlarımızda məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış,əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə olduğu kimi Sovet dönəmində və müstəqillik illərində də davam etmişdir. Lakin 2020-ci ilin sentyabr-noyabr aylarında artıq bütün bu haqsızlıqlara birdəfəlik son qoyuldu.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan ordusu erməni faşizminin başını əzdi və bütün şəhidlərimizin qisasını döyüş meydanında düşməndən aldı. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına,şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Artıq Vətən müharibəsinin bir ili tamam olur. Vətən uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsini dərin hüzünlə anır,qazilərimizə uzun ömür arzu edirik.
Azərbaycan-Ermənistan münaqişəsinin dərin tarixi kökləri XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuşdur.1905-1906 və 1918-1920-ci illərdə Azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına,Azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar. Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi. 1920-ci ilin axırlarında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzu etdikləri erməni dövlətini yaratmaq və qonşulara qarşı ərazi iddiasını irəli sürmək siyasətinə keçdilər. Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində xalqımız min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış,xalqımıza məxsus minlərlə tariximədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradıldıqdan sonra Qarabağda Ermənilər fəallaşmış, öz himayədarlarının köməyilə Azərbaycan ərazilərini Ermənistana birləşdirmək səylərini davam etdirirmişlər. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq,mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçmişdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində,Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü. 90 –cı illərin əvvəlində SSR –nin dağılmasından sonra Ermənistan Silahlı Qüvvələrinin işğalçılıq siyasəti nəticəsində Azərbaycan Dağlıq Qarabağa və ətraf rayonlara nəzarəti itirdi. 30 il ərzində Azərbaycanın bütün sahələrdə güclənməsinə baxmayaraq, xristian Ermənistanına himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün təsis edilmiş ATƏT-in Minsk qrupu 30 il ərzində problemin hərbi yolla həllinə imkan verməmişdi. BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qəbul etdiyi 5 qətnamə, AŞPA və ATƏT-in özünün qəbul etdiyi qətnamə və qərarların da kağız üzərində qalmasına səbəb olmuşdu. 2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi, Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının kapitulyasiyası ilə başa çatdı. Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq və olduqca mürəkkəb vəziyyət yaratdı.Ermənistanın qüdrəti, lobbisinin gücü, etməni quldur dəstələrinin məğlubedilməzliyi haqqında onilliklərboyu formalaşdırılmış miflər Milli Ordumuzun aramsız zərbələri altında dünyanın gözü qarşısında məhv oldu. Azərbaycan Ordusu öz xilaskar missiyasını,Vətənimizi qorumaq,torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı. Azərbaycan xalqı uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdi.Dövlətimizin münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməsi xalqımızın sülh tərəfdarı olmasının əyani göstəricisidir.Bu gün işğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər hər addımda nəzərə çarpır. Viran qoyulan şəhər və kəndlərimiz,dağıdılan,təhqir edilən məscidlərimiz. Yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar,vəhşi olduğunu göstərir. Əzəli yaşayış yerlərimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya prioritet istiqamət kimi qoyulub. Bu gün qürurumuza qürur qatan, hər birimizə xoşbəxtlik bəxş edən və gələcəyə sonsuz ümidlər verən hadisələr içərisində Prezident İlham Əliyevin xalqın müzəffər sərkərdəsi kimi düşmən işğalından azad edilmiş ərazilərə mütamadi səfərlər etməsi və möhtəşəm infrastruktur layihələrinin təməlini qoymasıdır. İşğaladan azad olunmuş ərazilərimizin yenidən qurulması kompleks şəkildə həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin təkmil idarəçilik sisteminə əsaslanan uğurlu siyasəti nəticəsində artan iqtisadi və maliyyə imkanlarımız, dost ölkələrlə əməkdaşlıq əlaqələrin genişləndirilməsi fonunda erməni faşizminin ağır yaralar vurduğu bu ərazilərimiz tezliklə, sözün əsl mənasında, cənnətməkana çevriləcək.Prezident İlham Əliyev “Yenə işğaldan azad edilmiş torpaqlardayam” söyləyərək 30 ilin işğalına son qoyulmasından keçirdiyi sonsuz qürur hissini nümayiş etdirir və bu fikirdə belə bir əminlik öz aydın ifadəsini tapır ki, tezliklə soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Şuşanın azad edilməsi Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində başlamağa məcbur qaldığı Vətən müharibəsinin gedişində ən vacib qələbələrdən biridir: “Bu gün Azərbaycan öz qədim və şərəfli tarixinin ən möhtəşəm,ən şanlı günlərindən birini – Zəfər Gününü böyük coşqu ilə qeyd edir.1 il bundan öncə, 2020-ci il noyabr ayının 8-də Vətən müharibəsinin gedişində Azərbaycanın tarixən mədəniyyət mərkəzi olmuş,bu gün isə artıq rəsmən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyət paytaxtı elan olunmuş qədim Şuşa şəhəri rəşadətli ordumuz tərəfindən erməni işğalından azad edildi.1992-ci ilin may ayının 8-də məhz Şuşanı ələ keçirməklə Ermənistanın işğalçı silahlı qüvvələri qondarma Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar.Hadisədən 28 il sonra isə Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına,bütövlükdə Dağlıq Qarabağ münaqişəsinə və ümumiyyətlə belə bir inzibati ərazi vahidi adının mövcudluğuna son qoydu. Şuşanın azad olunmasından 2 gün sonra,noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoyuldu. Dağlıq Qarabağ üçün ermənilər və onların havadarları tərəfindən ölkəmizə qarşı tələb kimi irəli sürülən status iddiaları tarixin zibilliyinə atıldı. Şuşanın azad edilməsi Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində başlamağa məcbur qaldığı Vətən müharibəsinin gedişində ən vacib qələbələrdən biridir. Şuşa və ətrafındakı dağlıq ərazi yerləşdiyi bölgədə strateji cəhətdən ən əhəmiyyətli yerlərdən biridir və şəhər özü bu ərazilərin müdafiəsində kilid nöqtəsi rolunu oynayır.Şuşa Laçın dəhlizini bilavasitə nəzarətdə saxlamaq imkanı verir.Məhz Şuşanın Azərbaycan Ordusunun nəzarətinə keçməsindən sonra erməni hərbçiləri arasında demoralizasiya və fərarilik halları özünün pik həddinə çatdı. Şuşanın azad olunmasından dərhal sonra,noyabrın 9da Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Ermənistanın baş naziri Nikol Paşinyan iki gün sonra, noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə birgə bəyanat imzalamağa məcbur oldu. Ermənistanın kapitulyasiya aktı olan bu sənədin imzalanması ilə Azərbaycan ərazilərinin 30 il ərzində davam edən işğalına son qoyuldu, münaqişə başa çatdı.”
Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar,qadınlar həlak olmuşlar.400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.
Müstəqillik əldə etməsindən keçən 30 ili ərzində Ermənistan müstəqil ölkə ola bilməyib, uğursuz dövlət hesab olunmanın əsas səbəbi də qonşularına münasibətdə düşmənçilik siyasəti yürütməsindədir !
Artıq Qarabağ məsələsi deyilən bir problem yoxdur, Azərbaycan BMT-nin qətnamələri əsasında bu problemi həll edib.Qarabağ və işğaldan azad edilmiş bütün digər ərazilər Azərbaycanın tarixi əraziləridir və ölkəmizə məxsusdur.Bu ərazilərin azad edilməsi bizim üçün həm də mənəvi məsələ idi.Bu ərazilər Ermənistanın səkkiz yüz minə yaxın azərbaycanlını oradan qovduğu, 30 ildir azərbaycanlıların öz əcdadlarının məzarlarını ziyarət etmək və orada yenidən yaşamaq üçün geri dönmələrini gözlədikləri ərazilərdir. Ermənistanın işğalı zamanı Azərbaycan xalqının bütün izlərini silməyə çalışdığı və Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunələrinin,o cümlədən ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin yerləşdiyi ərazilərdir. Bədnam qonşumuz emənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq zaman kəsiyində Çar Rusiyası zamanında əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən münbit sahələri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrindən azərbaycanlıları sıxışdırmışlar. Bu etnik dözümsüzlük həm Çar Rusiyası, həm də Sovet dönəmində davam etmişdir. 1905-1907,1918-1920,1948-1953, 1988-ci illərdə soydaşlarımıza qarşı xüsusi amansızlıq sərgilənmiş, “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyanın həyata keçirilməsi cəhdləri yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsilə nəticələnmişdir. 1991-ci ildən başlayaraq xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 %-ni işğal etdilər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, misilsiz mədəniyyət abidələri ya tamamilə məhv edilmiş,ya da mənimsənilmişdir. Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurulmuşdur. Dinc azərbaycanlılara qarşı törədilmiş qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.
2016-cı il aprel ayında Lələtəpe, 2020-ci il iyul ayında Tovuz döyüşləri ermənilərə verilən gözdağı idi. Bu döyüşlərdən nəticə çıxarmayan Ermənistan Azərbaycana qarşı diversiyaları davam etdirmiş, təxribatçı bəyanatlar vermişdir. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulmuşdur. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.“Yüksək döyüş hazırlıqlı ordu, düzgün siyasi və hərbi manevrlər edən Ali Baş Komandan və xalqın yumruq kimi birliyi”. Bu 3 komponentli formul idi bizi qələbəyə aparan. Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdı. Bu gün Azərbaycan ordusu MDB məkanında yüksək döyüş təcrübəsinə görə ön sıralardadır. Bu gün dünya ölkələri Azərbaycan ordusunun novator döyüş taktikasını nümunə götürür. Vətən müharibəsinin qələbə ilə tamamlanmasında heç şübhəsiz rəşadətli Azərbaycan ordusu zirvədə qərarlaşır. Ordumuz bu motivasiyasını haradan və kimdən alırdı? Əlbəttə ki, birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşən Azərbaycan xalqından. O xalq ki,bütün siyasi partiyalar, müxalifətçi qüvvələr, azsaylı xalqlar- hamı yumruğu bir nöqtəyə vururdu və hamı Ali Baş Komandanına arxa,dayaq olduğunu göstərirdi. Bu gün Azərbaycan dövləti yenə də birlik nümayiş etdirir:“Yaşat” fondu Vətən müharibəmizdə şəhid olanların ailələrinə, yaralanan qazilərimizə dəstək olmaqla bu birliyi bütün dünyaya nümayiş etdirir. Yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır.“Mən hər zaman qazilərin yanında olacağam” deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş oldu. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, Şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşüb ali zirvəyə yüksəlmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı imzaladığı Sərəncam şəhid ruhlarına,şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Qarabağ Azərbaycandır!