Emin Hüseynov: Aparılan yenidənqurma prosesi Ağdam, Xocavənd və Füzulini əhatə edir və beş mərhələdən ibarət plan üzrə həyata keçirilir

Şuşa, 17 aprel, ARHD.AZ



Ağdam, Füzuli və Xocavənd əraziləri işğaldan azad edildikdən sonra bir sıra mədəni irs obyektlərinin vandalizmə məruz qaldığı aşkar olunub. Ali Baş Komandanın rəhbərliyi ilə bu mədəni və tarixi abidələrin bərpası və dirçəldilməsi prosesi hazırda davam etdirilir.

ARHD.AZ xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov aprelin 17-də Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunun açılışında deyib.

O bildirib ki, hazırda aparılan yenidənqurma prosesi Ağdam, Xocavənd və Füzulini əhatə edir və bu proses ümumilikdə beş mərhələdən ibarət plan üzrə həyata keçirilir.

"Birinci mərhələ baş planlaşdırma və layihələndirmədir. Biz artıq bütün əsas şəhər və regional mərkəzlər üçün baş planlar hazırlamışıq. Baş planlar hazırlandıqdan sonra biz bu ərazilərdə yerləşən vacib obyektlərin yerlərini dəqiq müəyyənləşdiririk", - deyə xüsusi nümayəndə bildirib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə