Bakı, 23 avqust, ARHD.AZ
Qubada mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb
Quba rayonunun Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
Bu barədə ARHD.AZ-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.























