Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub

Xankəndi, 4 avqust,ARHD.AZ




Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub


İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Ərazi üzrə ümumilikdə 506 obyektin icarəyə verilməsi təmin olunub. Xankəndi şəhərində 374, Ağdərədə 35, Xocalıda 97 obyekt sahibkarın istifadəsinə verilib. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 56 milyon manatdan çox investisiyanın reallaşması baş tutub.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

Onun sözlərinə görə, fəaliyyətə başlamış obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib: “Mövcud müqavilələr üzrə digər obyektlər də fəaliyyətə başladığı zaman iş yerlərinin sayı 5 mindən yuxarı olacaq. Qeyd olunan iqtisadi uğurların əldə edilməsində dövlətimizin işğaldan azad olunmuş ərazilərdə tətbiq etdiyi güzəşt mexanizmləri də əhəmiyyətli rol oynayıb”.

Baxış sayı: 6 546

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə