Bakı, 9 aprel, ARHD.AZ




İcma sədri: Qərbi Azərbaycanda 500-dən artıq qəbiristanlığın monitorinqini başa çatdırmışıq


“Sonuncu deportasiya zamanı Qərbi Azərbaycanda qalan 500-dən artıq qəbiristanlığımızın monitorinqini başa çatdırmışıq”.

ARHD.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, monitorinqlərin nəticələri dünya ictimaiyyətinə çatdırılıb, Ermənistan rəhbərliyindən, erməni separatçıları və şovinistlərindən bunların hesabı soruşulacaq. "Heç şübhəsiz, əcdadlarımız min illər ərzində həmin ərazilərdə yaşadıqları üçün zəngin mədəni irs yaradıblar. Təəssüf ki, ermənilər 200 il bundan əvvəl həmin ərazilərə köçməyə başladıqları ilk vaxtdan Azərbaycan izlərini, Azərbaycan mədəni irs nümunələrini məhv etmək və yaxud erməniləşdirmək siyasəti yeridiblər. Biz təbii ki, Qərbi Azərbaycandakı mədəni irsimizin monitorinqinin keçirilməsi, onların vəziyyətinin aşkarlanıb ortaya qoyulması ilə bağlı UNESCO-ya, hətta Ermənistan rəhbərliyinin özünə də müraciət etmişik. Ermənistan rəhbərliyi buna heç bir halda icazə vermir. Amma Qərbi Azərbaycan İcması olaraq onların bu mövqeyi ilə razılaşmalı deyilik. Mədəni irs nümunələrinin monitorinqlərini aparırıq və bu yaxında yeni çəkilişlərimiz oldu", - deyə o qeyd edib.

Baxış sayı: 3 457

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə