Bakı, 13 may, ARHD.AZ


Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri üç əsas istiqamət üzrə iqlim fəaliyyətinin yeni istiqamətini müəyyən edib. Bu istiqamətlərdən biri texnologiyaların ötürülməsidir. Yəni, ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün səmərəli – adaptasiya, azaldılma və iqlim fəaliyyəti sahəsində əldə olunmuş texnologiyaları bir-birilə paylaşmalıdırlar.

ARHD.AZ xəbər verir ki, bu sözləri Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində keçirilən “Təbiət Naminə Ölkələri Səfərbər Edən Kənd Təsərrüfatı” konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, əvvəlki təcrübələrlə kifayətlənməyərək yeni ideya və yanaşmaların paylaşılması da önəmlidir.

“Digər vacib istiqamət isə beynəlxalq əməkdaşlıqdır. Çünki iqlim dəyişikliyinin özü bir ədalətsizlikdir. Ən az çirklənməyə səbəb olan, lakin ən çox zərər görən kasıb və həssas ölkələr bu ədalətsizliyin qurbanına çevrilirlər. Buna görə, iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq və ədalət təmin olunmalıdır”,- deyə o vurğulayıb.

Baxış sayı: 4 501

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə