Kral Çarlz Vatikana dövlət səfəri edəcək

London, 28 sentyabr, ARHD.AZ



Kral Çarlz Vatikana dövlət səfəri edəcək


Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla gələn ay Vatikana dövlət səfərinə gedəcək və burada ilk dəfə Papa XIV Leo ilə görüşəcəklər.

ARHD.AZ xəbər verir ki, bu barədə Bukinqem Sarayının açıqlamasında bildirilib. Səfərin oktyabrın sonlarında baş tutacağı qeyd olunub.

Məlumata görə, Kral Çarlz və Kraliça Kamilla Vatikan səfərində hər 25 ildən bir keçirilən yubiley ilinə həsr olunmuş mərasimlərdə iştirak edəcəklər.

Qeyd edək ki, kral cütlüyünün dövlət səfəri bu ilin aprelində baş tutmalı idi. O zaman Çarlz və Kamilla Papa ilə qapalı görüş keçirə bilib və 88 yaşında dünyasını dəyişən pontifikin qəbul etdiyi sonuncu ali qonaqlardan olmuşdu.

Baxış sayı: 6 792

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə