Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Ankara, 20 sentyabr, ARHD.AZ



Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib


Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

ARHD.AZ xəbər verir ki, qardaş ölkənin müdafiə qurumunun sosial şəbəkə paylaşımında Ankara ilə Bakının “Bir millət, iki dövlət” kəlamı işığında sarsılmaz birliyinə diqqət çəkilib.

“20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycandakı qardaşlarımızı təbrik edirik. Türkiyə və Azərbaycan ‘Bir millət, iki dövlət’ kəlamı işığında öz birliyini davam etdirəcək”, – deyə paylaşımda vurğulanıb.

Paylaşımda, həmçinin Azərbaycan Müdafiə Nazirliyinin rəsmi hesabı (@wwwmodgovaz) da qeyd olunub.

Baxış sayı: 5 680

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə