Azərbaycan və BƏƏ açıq məkanda reklam sahəsində strateji əməkdaşlığa başlayır

Bakı, 18 sentyabr, ARHD.AZ




Azərbaycan və BƏƏ açıq məkanda reklam sahəsində strateji əməkdaşlığa başlayır


Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən ARHD.AZ-a bildirilib ki, memorandum açıq məkanda yayımlanan reklamların məzmununun monitorinqi və bu sahədə fəaliyyətin tənzimlənməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, sənəd açıq məkanda reklam sektorunda mövcud qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də bazarın tələblərinə və beynəlxalq qabaqcıl təcrübələrə uyğun əməkdaşlıq sahələrinin inkişafı və genişləndirilməsi məqsədi daşıyır.

Memorandum çərçivəsində tərəflər informasiya texnologiyalarının tətbiqi, innovativ həllərin hazırlanması, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və strateji planlaşdırma sahələrində birgə fəaliyyət göstərəcəklər. Zəruri hallarda birgə işçi qrupların yaradılması və açıq məkanda yayımlanan reklamların məzmununun monitorinqi ilə bağlı davamlı məlumat mübadiləsinin aparılması da nəzərdə tutulur.

Sənədə əsasən aidiyyəti qurumların mütəxəssisləri üçün bilik və bacarıqların artırılmasına yönəlmiş konfrans və seminarların təşkili planlaşdırılır. Memorandumda informasiya təhlükəsizliyi məsələlərinə də xüsusi önəm verilir.

Baxış sayı: 7 659

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə