Azərbaycan-ABŞ enerji əməkdaşlığında yeni mərhələnin prioritetləri müzakirə olunub

Bakı, 10 sentyabr, ARHD.AZ




Azərbaycan-ABŞ enerji əməkdaşlığında yeni mərhələnin prioritetləri müzakirə olunub


Energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksəkvəzifəli rəsmisi Brendan Hanrahan arasında görüş olub.

Energetika Nazirliyindən ARHD.AZ-a bildiriblər ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün ikitərəfli və regional münasibətlərin, eləcə də enerji əməkdaşlığının yeni mərhələyə yüksəlməsini təmin edən strateji əhəmiyyətindən bəhs edilib. Bu xüsusda enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi kimi əməkdaşlıq prioritetləri üzrə müzakirələr aparılıb.

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasından irəli gələn məsələlər nəzərdən keçirilib.

Azərbaycanın strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin reallaşmasında ABŞ-ın mühüm rolu vurğulanıb və ölkəmizin Avropaya enerji təchizatının davamlılığında Birləşmiş Ştatlarla əməkdaşlığın vacibliyi qeyd edilib. Ölkəmizin neft-qaz sektorunda uzunmüddətli tərəfdaşı “ExxonMobil” şirkəti ilə əməkdaşlığın quruda yeni layihələrlə genişləndirilməsi, həmçinin “SOCAR Trading” vasitəsilə ABŞ-a mayeləşdirilmiş qaz (LNG), xam neft və neft məhsullarının ticarəti sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Karbohidrogen və bərpaolunan enerji sahələri, xüsusilə Azərbaycanla Türkiyə və Avropanı Naxçıvan, Ermənistan, Qara dəniz və Gürcüstan üzərindən əlaqələndirəcək, Xəzər dənizi vasitəsilə Azərbaycan-Mərkəzi Asiya enerji bağlantılarını təmin edəcək yaşıl enerji dəhlizləri layihələri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. ABŞ şirkətləri və investorları potensial layihələrdə iştiraka dəvət edilib.

Baxış sayı: 6 550

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə