İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Bakı, 8 sentyabr, ARHD.AZ




İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub


İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə videokonfrans formatında görüşüb.

ARHD.AZ nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında dostluq və strateji tərəfdaşlıq çərçivəsində iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etdiyi vurğulanıb.

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub, enerji sahəsindəki əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Ölkəmizdə formalaşan cəlbedici investisiya mühitinin tərəfdaşlığın genişlənməsinə stimul verdiyi diqqətə çatdırılıb.

Tərəflər iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin reallaşdırılması üzrə perspektivləri müzakirə ediblər. Görüşdə enerji, sənaye, innovasiya, ticarət və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni işbirliyi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 689

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə