Bakı, 20 avqust, ARHD.AZ




Albaniya ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlıq imkanları müzakirə olunub


Gənclər və idman naziri Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, görüşdə idman sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və müxtəlif idman növlərinin inkişafına dair məsələlər müzakirə olunub. Həmçinin, beynəlxalq yarışların təşkili, əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə də iştirak edib.

Baxış sayı: 5 682

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə