Bakı, 19 avqust, ARHD.AZ



Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıqla bağlı Keniya ilə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib


Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri xanım Elis Vahome ilə görüşüb.

Səfirlikdən ARHD.AZ-a bildirilib ki, görüşdə əlçatan mənzil təminatı sahəsində Keniyanın Afrika qitəsi üzrə qabaqcıl təcrübəsi, dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi mövzularının həmin region ölkələri üçün mühüm mövzulardan olduğu qeyd edilib.

Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə 2026-cı ildə Bakı şəhərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) yuxarıda qeyd edilmiş mövzuların müzakirə ediləcəyi və müvafiq hazırlıq proseslərində Keniya və Azərbaycan arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bu müstəvidə xanım Vahome WUF13-ün milli koordinatoru, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə keçirilmiş görüşləri xatırlayıb.

Nazir və səfir sahə üzrə birgə səylərin böyük potensialını vurğulayaraq, onların, eyni zamanda, digər Afrika ölkələrinin WUF13-də fəal iştirakına təkan verə biləcəyi ilə bağlı həmfikir olduqlarını, bu istiqamətdə praktiki işlərin davam edilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir nazir Elis Vahomeyə 2025-ci il oktyabrın 15-17-də Xankəndi və Bakı şəhərlərində keçiriləcək 3-cü Azərbaycan Şəhərsalma Forumunun əhəmiyyəti haqqında məlumat verib və onu tədbirə dəvət edib.

Baxış sayı: 5 685

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə