Svetlana Qrinçuk: Ukrayna Azərbaycandan qaz idxalını davam etdirə bilər

Kiyev, 18 avqust, ARHD.AZ




Svetlana Qrinçuk: Ukrayna Azərbaycandan qaz idxalını davam etdirə bilər


Trans-Balkan dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz nəqli üzrə pilot layihə artıq başa çatıb. Hazırda belə tədarüklərin davam etdirilməsi üçün müqavilənin hazırlanması istiqamətində işlər aparılır.

ARHD.AZ xəbər verir ki, bu sözləri Ukraynanın energetika naziri Svetlana Qrinçuk “RBC-Ukrayna”ya şərhində deyib.

“Hazırda danışıqlar aparırıq. Azərbaycan bunda maraqlıdır. Müqavilə bağlanarsa, 2025-ci ildə tədarükləri davam etdirəcəyik”, - deyə Qrinçuk bildirib.

O, həmçinin qeyd edib ki, Rusiyanın son vaxtlar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları fonunda hərbi risklər mövcuddur.

May ayında məlum olub ki, Ukrayna yeni marşrutla böyük həcmdə qaz ala biləcək. Bu, Enerji və Kommunal Təsərrüfatların Dövlət Tənzimlənməsi üzrə Milli Komissiyanın (NKREKU) Trans-Balkan dəhlizi ilə qazın nəqli prosedurunu sadələşdirməsindən sonra mümkün olub.

İyulda Ukraynanın “Naftogaz” şirkəti Azərbaycan qazının idxalına dair ilk müqaviləni SOCAR ilə imzalayıb.

Söhbət kiçik qaz həcmlərindən gedir, lakin “Naftoqaz”ın qeyd etdiyi kimi, bu, əməkdaşlığın daha da genişləndirilməsi üçün strateji addımdır.

Sınaq qaz tədarükü Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi boyunca həyata keçirilir.

Baxış sayı: 6 563

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə