İsveçrədə ermənipərəst parlamentarilərin Azərbaycan əleyhinə irəli sürdükləri qətnamə layihəsi rədd edilib

Bakı, 13 avqust, ARHD.AZ



İsveçrədə ermənipərəst parlamentarilərin Azərbaycan əleyhinə irəli sürdükləri qətnamə layihəsi rədd edilib


Cenevrə kantonunun parlamentinin bir sıra ermənipərəst üzvü tərəfindən 2024-cü il noyabrın 5-də irəli sürülmüş “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi Azərbaycanın İsveçrədəki səfirliyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində avqustun 11-də bu ölkənin parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi tərəfindən rədd edilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən ARHD.AZ-a bildirilib ki, bununla yanaşı, həmin Komitənin vitse-prezidenti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Karlo Sommaruga tərəfindən irəli sürülmüş, yalnız “məhbuslara” və “erməni mədəni irsinin mühafizəsinə” istinad edən yeni qərar layihəsi 5 əleyhinə, 4 lehinə və 3 bitərəf səslə Komitənin gündəliyindən çıxarılıb.

Qeyd edək ki, İsveçrə parlamentinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat məlumatında Cenevrə kantonal parlamentinin təxribat xarakterli məlum təşəbbüsünün birtərəfli olduğu, yalnız Azərbaycan tərəfinə tələblər irəli sürdüyü vurğulanıb və bu cür yanaşmaya etiraz ifadə olunub.

İsveçrə parlamentinin sözügedən qərarı bir daha radikal erməni qrupları tərəfindən dəstəklənən parlamentarilərin uğursuzluğunu nümayiş etdirib.

Baxış sayı: 4 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə