Birinci ixtisas qrupunda dövlət sifarişi üzrə yerlərin sayı artırılıb

Bakı, 13 avqust, ARHD.AZ



Birinci ixtisas qrupunda dövlət sifarişi üzrə yerlərin sayı artırılıb


2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən ARHD.AZ-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 14 min 305, rus bölməsi üzrə 860 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5220 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 20 min 385 yer ayrılıb. Bundan 15 min 199 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 12 min 955 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9845, rus bölməsində 510, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2600) var. RK altqrupunda dövlət sifarişi əsasında 9199 plan yeri var.

Rİ altqrupu üzrə ümumilikdə 7430 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4460, rus bölməsində 350, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2620) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 6000 plan yeri ayrılıb.

Xatırladaq ki, ötən il I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılmış, ondan 14 min 407 yer dövlət sifarişi əsasında olmuşdu.

Baxış sayı: 6 457

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə