Serbiya XİN: Birgə Bəyannamə Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlıq yolunda mühüm addımdır

Belqrad, 10 avqust, ARHD.AZ



Serbiya XİN: Birgə Bəyannamə Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlıq yolunda mühüm addımdır


Serbiya avqustun 8-də ABŞ-ın himayəsi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni alqışlayır və hər iki tərəfin konstruktiv fəaliyyətini yüksək qiymətləndirir.

ARHD.AZ xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilir.

Bu uğurun əldə edilməsində ABŞ Prezidenti Donald Trampın çox mühüm rolu xüsusi vurğulanır.

“Birgə Bəyannamə Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlıq yolunda mühüm addımdır. Serbiya qarşılıqlı hörmət və beynəlxalq hüquq və qaydaya tam riayət əsasında bütün ölkələr arasında dinc dialoq, regional əlaqə və genişləndirilmiş əməkdaşlığın tərəfdarı olmaqda davam edəcək”, - deyə paylaşımda qeyd olunur.

Baxış sayı: 5 346

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə