Ərəb ölkələri Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayır

Qahirə, 10 avqust, ARHD.AZ




Ərəb ölkələri Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayır


Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Liviya, Oman, Qətər, Küveyt ABŞ-ın iştirakı ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.

ARHD.AZ xəbər verir ki, bu, adı çəkilən ölkələrin XİN-lərinin bəyanatlarında yer alır.

Bəyanatlarda, bu razılaşmanın iki ölkə arasındakı əməkdaşlıqda və qonşuluq münasibətlərində yeni mərhələnin başlanğıcı olacağına inam ifadə olunur. Qafqaz regionunda sabitlik və inkişafın əsaslarını möhkəmləndirəcək bu tarixi razılaşma yüksək qiymətləndirilir, ABŞ-ın münaqişələrin diplomatik yollarla həllinə və gərginliyin azaldılmasına yönəlmiş səyləri təqdir edilir.

Baxış sayı: 6 794

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə