Vatikan, 9 avqust, ARHD.AZ



Vatikan mətbuatı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ Evdəki görüşündən yazır


Müqəddəs Taxt-Tacın informasiya resursları Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşünü diqqətdə saxlayıb.

ARHD.AZ xəbər verir ki, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetinin yazısında üç ölkə liderinin Ağ Evdə Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqtondakı görüşünə dair Birgə Bəyannamə imzaladıqları bildirilir.

“Catholic News Agency” isə yaydığı materialda görüşün əhəmiyyətini vurğulayıb, Prezident İlham Əliyevin sülh sammitinin Azərbaycan və Ermənistan arasında tarixi xarakter daşıdığını qeyd etdiyi bildirilib. Eyni zamanda, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun tamamlanması və icra olunmasının əhəmiyyətinə diqqət yetirilib.

İtaliyanın katolik icmasına məxsus olan “Faro di Roma” qəzeti də Birgə Bəyannaməni uzun illərdir müharibə aparan və minlərlə insanın ölümü ilə nəticələnən iki xalq arasında tarixi sülh sazişi kimi qiymətləndirib.

Baxış sayı: 5 683

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə