Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton danışıqlarını müsbət qiymətləndirib

Moskva, 9 avqust, ARHD.AZ




Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton danışıqlarını müsbət qiymətləndirib


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Federasiyası Cənubi Qafqazda sabitlik və tərəqqi zonasının yaradılmasında maraqlıdır, eyni zamanda, ən mühüm şərtlərdən biri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına uyğun hərtərəfli normallaşmasıdır.

ARHD.AZ xəbər verir ki, onun sözlərinə görə, Rusiya regional təhlükəsizlik naminə bu əsas məqsədə nail olmaq üçün bütün səyləri ardıcıl olaraq dəstəkləyir. Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən görüşü müsbət qiymətə layiqdir.

RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya tərəfi Vaşinqtonun regional kommunikasiyaların açılması ilə bağlı bəyanatlarını əlavə olaraq təhlil edəcək. O, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və qüvvəyə minməsinin iki Cənubi Qafqaz respublikasında sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Baxış sayı: 6 549

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə