Ankara, 7 avqust, ARHD.AZ



Ərdoğan: Dinamik inkişaf edən Afrika XXI əsrin parlaq ulduzudur


Qlobal proseslərdə iştirak etməyə can atan heç bir dövlətin Afrika ölkələri ilə münasibətlərə etinasızlıq göstərməyə haqqı yoxdur. Bu gün planetin ikinci ən böyük qitəsi gənc əhalinin yüksək səviyyəsinə və istifadə edilməmiş potensiala malikdir.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Seneqalın Baş naziri Usman Sonko ilə birgə mətbuat konfransında deyib.

Türkiyə Prezidenti dinamik inkişaf edən Afrikanı “XXI əsrin parlaq ulduzu” adlandırıb.

Ərdoğan əmin edib ki, Ankaranın Afrika dövlətləri ilə tərəfdaşlığını tənqid edən düşmənlərin hiylələrinə baxmayaraq, Türkiyə Afrika ilə qardaşlıq əlaqələrini daha da gücləndirməkdə qərarlıdır.

Dövlət başçısı müxtəlif Afrika ölkələri ilə, o cümlədən müdafiə sektorunda uğurlu əməkdaşlığa diqqət çəkib. “Sevindirici haldır ki, Afrika ölkələri Türkiyənin hərbi sənaye kompleksinin məhsullarına daha çox maraq göstərir”, - deyə Ərdoğan söyləyib.

Türkiyə Prezidenti Seneqalı “Afrikanın əsas ölkələrindən biri” adlandıraraq, hazırda bu ölkədə 100-ə qədər türk şirkətinin fəaliyyət göstərdiyini, ilk mərhələdə ticarət dövriyyəsinin isə ildə 1 milyard dollara çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib.

Dövlət başçısı cinayətkarlıqla, o cümlədən “Paralel dövlət” təşkilatı (FETÖ) terrorçuları ilə mübarizədə Ankaranın səylərini dəstəklədiyinə görə Dakara minnətdarlığını bildirib.

Ərdoğan Türkiyə və Seneqalın mövqelərinin həm BMT səviyyəsində, həm də Yaxın Şərqdəki proseslər kontekstində əsasən üst-üstə düşməsindən məmnunluğunu ifadə edib.

Baxış sayı: 4 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə