Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub

Bakı, 31 iyul, ARHD.AZ



Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub


İyulun 31-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.

Agentlikdən ARHD.AZ-a bildirilib ki, görüşdə Fuad Nağıyev Azərbaycanın turizm potensialı və mövcud turizm destinasiyaları, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib.

Tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsində turizmin əhəmiyyətini vurğulayıblar. Eləcə də turizm sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

Səfir İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı Krallığının turizm naziri və BMT Turizm Təşkilatının Baş katibi adından Dövlət Turizm Agentliyinin sədrini 2025-ci ilin noyabrın 7-11-də Ər-Riyad şəhərində keçiriləcək BMT Turizm Təşkilatının Baş Assambleyasının 26-cı sessiyasında iştiraka dəvət edib.

Baxış sayı: 6 789

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə