Bakı, 24 iyul, ARHD.AZ




Azərbaycan səfiri Mərakeşin nəqliyyat və logistika naziri ilə görüşüb


Azərbaycan Respublikasının Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov 2025-ci il iyulun 23-də Mərakeş Krallığının nəqliyyat və logistika naziri Abdessamad Kayuh ilə görüşüb.

ARHD.AZ xəbər verir ki, görüş zamanı diqqət mərkəzində Azərbaycan və Mərakeş arasında hökumətlərarası komissiyanın son iclası çərçivəsində imzalanmış logistika sahəsində çərçivə sazişinin icra vəziyyəti olunub. Tərəflər sənədin reallaşdırılması üçün müvafiq qurumlar arasında işçi qrupun yaradılması və atılacaq növbəti addımlar müzakirə edilib.

Bununla yanaşı, iki ölkə arasında viza rejiminin ləğv edilməsinin turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi qeyd olunub, birbaşa hava reyslərinin açılması ilə bağlı görülən işlər nəzərdən keçirilib.

Görüş çərçivəsində, həmçinin Azərbaycan və Mərakeşin regional və beynəlxalq nəqliyyat layihələrində fəal iştirakı vurğulanıb, bu sahədə mövcud potensial və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Baxış sayı: 5 437

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə