Gənc siyasətçi, ictimai - siyasi fəal Elvin Vəliyev
İngiltərənin Azərbaycandakı səfiri cənab Fergus Auld-un son açıqlamaları, xüsusilə də Azərbaycanda fəaliyyət göstərən bəzi qondarma “media qurumlarını” müdafiə etməsi, diplomatik çərçivədən kənara çıxan, daxili işlərimizə açıq müdaxilə xarakteri daşıyan və əsla qəbul edilə bilməyəcək bir mövqedir.
 
Cənab səfirin “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi qurumlara istinad etməsi, onların guya “azad media” olduqlarını iddia etməsi – qərəzli və siyasi məqsədlə yönəldilmiş bir manipulyasiyadır. Açıq şəkildə bəyan edirik: Sizin müdafiə etdiyiniz bu qurumlar Azərbaycan Respublikasında qanuni şəkildə qeydiyyatdan keçməyib, əksinə xarici dairələr tərəfindən maliyyələşir, xaricdən yönləndirilir və fəaliyyətləri jurnalistika ilə deyil, milli təhlükəsizlik əleyhinə təxribatlarla əlaqəlidir.
 
Bu cür qurumlar azad media deyil – onlar Azərbaycan dövlətinə qarşı aparılan informasiya müharibəsinin vasitələridir. Onların fəaliyyəti jurnalist etikası yox, siyasi tapşırıqlar əsasında formalaşır. Cənab səfir, bu faktları bilmədən danışmırsınız – amma ya görməzlikdən gəlir, ya da bilərəkdən Azərbaycana qarşı istifadə edirsiniz.
 
Əlavə olaraq bildirmək istərdim ki, Azərbaycan dövləti azad medianın inkişafı üçün bütün hüquqi, texniki və maliyyə imkanlarını yaradır. Onlarla yerli və beynəlxalq media qurumu burada azad fəaliyyət göstərir, heç bir təzyiq olmadan fikirlərini ifadə edir. Problem “media azadlığında” deyil, problemin adı “kənar müdaxilə ilə idarə olunan, qeyri-qanuni, anti-Azərbaycan fəaliyyəti”dir.
 
Əgər siz doğrudan da azad mediadan danışmaq istəyirsinizsə, ilk növbədə öz ölkənizdə son illərdə həbs olunan jurnalistlər, SLAPP məhkəmə təzyiqləri, hüquqi yollarla susdurulan araşdırmaçı yazılar, Sarah Wilkinson və Richard Medhurst kimi müstəqil səs sahiblərinin başına gətirilənlər barədə danışın.
 
Azərbaycan hüquqi dövlət qurur və bu yolda heç bir xarici müdaxiləyə və ikili standartlara ehtiyac duymur. Bizim yolumuzu xalqımızın iradəsi, milli maraqlar və Prezident İlham Əliyevin güclü liderliyi müəyyənləşdirir. Azad medianı dəstəkləyirik, lakin Azərbaycana qarşı yönəlmiş təxribat alətlərinə “azad media” adı verilməsinə əsla icazə verməyəcəyik.
 
Cənab səfir, Azərbaycan sizin müstəmləkəniz deyil. Bu xalq müstəqildir və daxili işlərinə qarşı göstərilən hər cür hörmətsizliyə qarşı da cavab verməyi bacarır.
 
Baxış sayı: 7 776

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə