İlk yarımildə ARDNF-in AÇG və “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

Bakı, 23 iyul, ARHD.AZ




İlk yarımildə ARDNF-in AÇG və “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb


Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 743,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,77 faiz azalma deməkdir.

ARHD.AZ ARDNF-in ilk yarımili üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, mənfəət neftinin və qazın satışından 4 milyard 974,3 milyon manat (12,1 faiz azalma), bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat (1,4 faiz azalma), akrhesabı ödənişlər 3,6 milyon manat (sabit qalıb) təşkil edib.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 milyard 427,3 milyon manat (13,7 faiz az), “Şahdəniz” yatağından (qaz və kondensat) isə 423,3 milyon manat (2,02 faiz çox) məbləğində vəsait daxil olub.

Baxış sayı: 5 347

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə