Prezident İlham Əliyev: Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur

Bakı, 23 iyul, ARHD.AZ




Prezident İlham Əliyev: Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur


Prezident İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisini və xalqını təbrik edib.

ARHD.AZ xəbər verir ki, məktubda qeyd edilib: “Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar əməkdaşlığımızın yeni məzmunla zənginləşməsində əhəmiyyətli rol oynayır.

Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq ənənəvi dostluq əlaqələrimizin, səmərəli işbirliyimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısı belə bir əlamətdar gündə Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Baxış sayı: 6 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə