Gürcüstanın Baş naziri və Ermənistanın daxili işlər naziri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər


Tbilisi, 21 iyul, ARHD.AZ



Gürcüstanın Baş naziri və Ermənistanın daxili işlər naziri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər


Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ölkədə səfərdə olan Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan ilə görüşüb.

ARHD.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökuməti administrasiyası məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Cənubi Qafqazda sülh və sabitlik məsələləri müzakirə edilib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması istiqamətində aparılan danışıqların yekun mərhələyə çatması yüksək dəyərləndirilib. Tərəflər sənədin yaxın vaxtlarda imzalanacağına ümidvar olduqlarını bildiriblər.

Baş nazir Kobaxidze Gürcüstan hökumətinin regionda davamlı sülhün və sabitliyin təmin edilməsi, eləcə də, Bakı ilə İrəvan arasında dialoqun təşviqinə bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulayıb.

Baxış sayı: 6 682

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə