Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 16 iyul, ARHD.AZ




Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub


Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim bin Məhəmməd Əl-Budavi çərşənbə axşamı, iyulun 16-da Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev ilə Körfəz ölkələri və Azərbaycan arasında 2024-2028-ci illər üçün Birgə Fəaliyyət Planının icrasının gedişatını müzakirə edib.

ARHD.AZ BƏƏ-nin rəsmi WAM informasiya agentliyinə istinadla xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurası Baş katibliyinin yaydığı bəyanata görə, müzakirə KƏŞ-in Ər-Riyaddakı baş qərargahında keçirilən görüş çərçivəsində aparılıb.

Görüş əsnasında 2023-cü ilin noyabrında qəbul edilmiş və digər mövzularla yanaşı, siyasi koordinasiya, ticarət əməkdaşlığı, investisiya imkanları və enerji də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq və əlaqələri genişləndirmək məqsədi daşıyan Birgə Fəaliyyət Planı müzakirə edilib.

Tərəflər, həmçinin son regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Baxış sayı: 6 581

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə