Şimali Kipr Ali Məhkəməsinin sədri Azərbaycana səfərə yola düşüb

Ankara, 16 iyul, ARHD.AZ




Şimali Kipr Ali Məhkəməsinin sədri Azərbaycana səfərə yola düşüb


Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Ali Məhkəməsinin sədri Bertan Özerdağ Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Bakıya yola düşüb.

ARHD.AZ ŞKTC Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinə istinadla xəbər verir ki, səfər zamanı onu Şimali Kipr Ali Məhkəməsinin hakimi Peri Hakkı müşayiət edir.

Səfər çərçivəsində Azərbaycanın və Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlərin məhkəmə strukturlarının nümayəndələri ilə danışıqların aparılması planlaşdırılır.

B.Özerdağın “Müasir insan həyatında baş verən dəyişikliklərin Konstitusiya hüquqlarına təsiri” mövzusunda çıxışı da nəzərdə tutulub.

Baxış sayı: 5 684

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə