Ersin Tatar Kipr üzrə danışıqlarda Lefkoşanın şərtlərini açıqlayıb

Ankara, 15 iyul, ARHD.AZ




Ersin Tatar Kipr üzrə danışıqlarda Lefkoşanın şərtlərini açıqlayıb


Kiprlə bağlı danışıqlar prosesinə keçmək üçün Kipr türklərinin birbaşa uçuşlar, bilavasitə təmaslar və ticarət hüquqlarını tanımaq lazımdır. Bu, Lefkoşanın müzakirə mövzusu olmayan məcburi şərtiləridir.

ARHD.AZ xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar BMT-nin təşəbbüsü ilə Kiprlə bağlı qeyri-rəsmi görüşün təşkil ediləcəyi Nyu-Yorka uçmazdan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

E.Tatarın sözlərinə görə, Kiprin yunan icmasının səyləri adada gərginliyi artırmağa yönəlib ki, bu da dünya ictimaiyyətindən xüsusi diqqət tələb edir. “Biz iki müstəqil dövlət formatında əməkdaşlığa hazırıq. Kiprin heç bir federal quruluşundan söhbət gedə bilməz”, -deyə o vurğulayıb.

Siyasətçi Annan planının şərtlərini xatırladıb, onun qəbul olunacağı təqdirdə Kipr türklərinə təcrid rejiminin aradan qaldırılacağı sözü verilib. O deyib: “Təəssüf ki, bu vədlər yerinə yetirilmədi. Biz dünya ictimaiyyətinin öz mövqeyini yenidən nəzərdən keçirəcəyini gözləyirik”.

ŞKTC lideri Lefkoşanı “Şərqi Aralıq dənizində sülh və əmin-amanlığın açarı və qarantı” adlandırıb.

Qeyd edək ki, Kiprlə bağlı ikigünlük müzakirələr Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşin himayəsi altında “5+1” (ŞKTC, Yunan Kipr, Yunanıstan, Türkiyə, Böyük Britaniya, BMT) formatında keçiriləcək.

Baxış sayı: 5 570

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə