Ankara, 7 iyul, ARHD.AZ




Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırıb


Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan İş Adamları Cəmiyyətinin (İCMA) Milli Assosiasiyasına və Kipr Türk Sahibkarlar Dərnəyinə (İŞAD) iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

ARHD.AZ xəbər verir ki, Şimali Kipr liderinin saytında yerləşdirilən bəyanatda ötən həftə ŞKTC nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində sahibkarlarla keçirilən görüş yüksək qiymətləndirilib.

O qeyd edib: “Sevindirici haldır ki, ŞKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasından sonra Lefkoşa ilə Bakı arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Rəsmi strukturlarla yanaşı, işgüzar dairələr də iki ölkə arasında dialoqa mühüm töhfə verir və bu, bizim üçün qürur mənbəyidir”.

Şimali Kipr lideri iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayaraq, sahibkarları daha sıx əməkdaşlığa çağırıb.

Bəyanatın mətni Ersin Tatarın Azərbaycana səfərindən fotoşəkillərlə müşayiət olunub.

Baxış sayı: 5 459

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə