Bakı, 5 iyul, ARHD.AZ




Azərbaycan ilə Əfqanıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub


"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı Limanında Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərlə görüşüb.

ADY-dən ARHD.AZ-a bildirilib ki, tərəflər Cənubi Asiya-Qafqaz-Avropa yükdaşıma coğrafiyasının genişləndirilməsi və Əfqanıstanın Orta Dəhliz başda olmaqla, multimodal nəqliyyat şəbəkələrinə inteqrasiyasını müzakirə ediblər.

Əfqanıstan rəsmiləri Bakı Limanı vasitəsilə məhsulların ixracını sürətləndirməyə dəstək istəyib, ADY tərəfi isə əfqanmənşəli məhsulları Avropa bazarlarına çatdırmağa hazır olduğunu bildirib.

Baxış sayı: 4 234

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə