Ankara, 5 iyul, ARHD.AZ




Türkiyə və ŞKTC mediası ECO Zirvə görüşünə geniş yer ayırıb


Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı telekanalları, informasiya agentlikləri, çap mediası və xəbər saytları İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünü geniş işıqlandırıb.

ARHD.AZ xəbər verir ki, “ECO məkanında əməkdaşlıq üçün kritik əhəmiyyətə malik” kimi xarakterizə olunan Zirvə görüşünü işıqlandıran media strukturları prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına xüsusi diqqət yetirib.

Bakının İqtisadi Əməkdaşlıq Təşkilatındakı tərəfdaşları ilə əlaqələri daha da dərinləşdirməyə hazır olması ilə bağlı Azərbaycan dövlət başçısının mövqeyi Türkiyə və ŞKTC-nin çoxmilyonlu auditoriyasına çatdırılıb. Dünyanın 12 ölkəsini təbii qazla təmin edən Azərbaycanın uğurlu enerji siyasəti xüsusi vurğulanıb.

Xankəndidə keçirilən Zirvə görüşü çərçivəsində ikitərəfli görüşlərə dair ayrıca xəbər materialları hazırlanıb.

Baxış sayı: 5 344

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə