Bakı, 2 iyul, ARHD.AZ




Baş nazir Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.

Nazirlər Kabinetindən ARHD.AZ-a bildiriblər ki, görüşdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün əhəmiyyətinə toxunulub.

Ölkəmizin 1992-ci ildə ECO-ya qoşulduğu gündən regionda əməkdaşlığın inkişafına xidmət edən müxtəlif təşəbbüslərdə fəal iştirak etdiyi bildirilib. Qeyd edilib ki, Azərbaycanın müəllifi olduğu və iştirak etdiyi iqtisadi, enerji və nəqliyyat layihələri bütün ECO ölkələri üçün faydalıdır.

Görüş zamanı Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda, Azərbaycan-Özbəkistan-Əfqanıstan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.

Baxış sayı: 6 546

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə