Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn planlar və birgə layihələr müzakirə olunub

Bakı, 30 iyun, ARHD.AZ



Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn planlar və birgə layihələr müzakirə olunub


İyunun 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər nazirinin müavini Bobur Usmanovla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ARHD.AZ-a bildirilib ki, görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn planlar və birgə layihələr, ikitərəfli ali səviyyədə planlaşdırılan səfərlərə hazırlıq, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, ölkəmizdə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə olunub.

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksəksəviyyəli təmasların, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 4 437

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə